EgyptAir-in pilotları yanğını söndürmək istəyərkən qəzaya uğrayıblar
05 iyul, 2016 18:19
Aralıq dənizi üzərində qəzaya uğramış EgyptAir şirkətinə aid olan təyyarənin pilotlarından biri, qəzadan öncə laynerdə baş verən yanğını söndürməyə çalışırmış.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu təyyarənin qara qutusunda olan yazılardan aydın olub.
Xatırladaq ki, EgyptAir-in Parisdən Qahirəyə uçan təyyarəsi mayın 19-u qəzaya uğrayıb.
Bu qəzada 66 nəfər həyatını itirib.
1news.az