Xəbərlər

İraq Ramazan bayramını qeyd etməyəcək
05 iyul, 2016 16:01

Ötən gün Bağdadda 204 nəfərin ölümü ilə nəticələnən terror hadisəsinə görə İraqda Ramazan bayramı qeyd olunmayacaq.

1news.az-ın Anadolu agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə ölkə başçısı Fuad Məsum bildirib.

“Terrorçu dəstələr mülki vətəndaşlarımızı hədəf götürməklə xalqımıza qarşı kinini bir daha göstərdi. Builki mübarək Ramazan bayramında şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq xalqı təbrik etməyəcəyik”, - deyə İraq Prezidenti vurğulayıb.

Terror hadisələrini əngəlləmək üçün təhlükəsizlik qüvvələrinin böyük tədbirlər almasını istəyən Prezident parlamentin bayram sonrası işə başlamasını bildirib.

Qeyd edək ki, Bağdadın mərkəzindəki Karrada qəsəbəsində baş vermiş terror nəticəsində ölkədə üçgünlük matəm elan olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Bağdadda törədilən terakt 200-dən çox insanın həyatına son qoydu

Bağdadda terror aktı : 75 ölü, 130 yaralı

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.