Xəbərlər

Gəncədə elektriklə işləyən avtobuslar yığılacaq
05 iyul, 2016 00:02

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində (İB) elektriklə işləyən avtobusların yığımına başlanılacaq.

1news.az xəbər verir ki, bu barədə Gəncə Avtomobil Zavodu” İB-nin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, İstehsalat Birliyi ilə Almaniyanın “Eurabus GmbH” şirkəti Azərbaycan və üçüncü ölkələrdə “Eurabus” elektrik avtobuslarının yığılması və reallaşdırılması ilə bağlı niyyət protokolu imzalayıblar. Sənəd Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Eurabus GmbH” şirkətinin təsisçisi və baş direktoru Kristian Zayts tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, elektrik avtobusların həm Azərbaycanda, həm də üçüncü ölkələrdə reallaşdırılması nəzərdə tutulur.

İkinci nəsil “Eurabus 2.0” 2013-cü ildə Belçikanın avtosalonunda nümayiş olunub. Uzunluğu on iki metrə çatan avtobuslar gücü 130 kvt olan “Zawheel” elektromühərrik-təkərlərlə hərəkətə gətirilir. Bu mühərriklər partnyor kompaniya olan “Ziehl-Abegg Automotive GmbH”-da istehsal olunur. Mühərrikləri 314 kvt/saat enerji ilə litium-fosfat akkumulyatorlar təmin edir. Akkumulyatorların bir dəfə doldurulması 25-300 kilometr yol qət etməyə imkan verir.

Gəncə Avtomobil Zavodu İB-nin rəhbərliyi müasir, keyfiyyətli və sərfəli avtobusların yaxın vaxtlarda həm Azərbaycan bazarında, həm də ölkə xaricində alıcılarının olacağına ümid edir.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.