İspaniyada at güləşi festivalı keçirilib
04 iyul, 2016 23:27
İspaniyanın şimal-qərbində “Galisya” bölgəsində yerləşən “Sabucedo” kəndində insanların atlarla güləşdiyi “Repə das Bestas” beynəlxalq festival uğurla baş tutub.
1news.az-ın Anadolu xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, tarixi 500 il əvvələ gedib çıxan festivalda bu il 15 ölkədən 130-dək jurnalist iştirak edib.
Ümumilikdə 20 min izləyicinin qatıldığı festivalda yüzlərlə kişi və qadın 285 əhliləşdirilməmiş atla güləşib. Üç gün davam edən festival maraqla qarşılanıb.
Qeyd edək ki, İspaniyanın “Milli-mədəni tədbirləri” siyahısındakı “Repə das Bestas” festivalı atların əhliləşdirilməsi məqsədilə keçirilir və ən qədim festivallardan biri kimi tanınır.
1news.az