Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər cari ilin iyun ayında da əhalinin fəal şəkildə faydalandığı e-xidmətlər sırasında olub.
1news.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu dövrdə nazirliyin e-xidmətlərindən 470204 dəfə istifadə qeydə alınıb.
Ötən ay əhali “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 121474 dəfə, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətindən 148805 dəfə faydalanıb. Cari ilin may ayı ilə müqayisədə iyun ayında “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən istifadə sayı 22,3 faiz artaraq 46377-yə, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən istifadə sayı 35,5 faiz artaraq 29714-ə, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən istifadə sayı 27 faiz artaraq 27923-ə çatıb.
“Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə isə 19627 dəfə müraciət edilib ki, bu da əvvəlki may ayı ilə müqayisədə 10,5 faiz çoxdur.
Həmçinin vətəndaşlar iyun ayında “Sığortaolunanın onlayn uçota alınması” e-xidmətindən 12881 dəfə, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən 9445 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 5536 dəfə, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 5442 dəfə yararlanıb. Nazirliyin “Pensiya kalkulyatoru”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Sığortaedənin(Hüquqi şəxs) onlayn uçota alınması” və digər e-xdmətləri də əhalinin maraq göstərdiyi e-xidmətlərdən olublar.
Ümumilikdə cari ilin yanvar-iyun aylarında vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərdən 3 152 158 dəfə faydalanıb.
1news.az