Xəbərlər

BANM-də “Schneider Electric” şirkətinin seminarı keçirilib
01 iyul, 2016 12:22

İyun ayının 28-dən 30-dək Bakı Ali Neft Məktəbi (BANM) ilə “Schneider Electric” şirkətinin SOCAR-ın  rəhbər və mühəndis-texniki işçiləri üçün birgə təşkil etdiyi “İstehsalat təhlükəsizliyinin müasir standartları” mövzusunda 3 günlük seminar keçirilib.

BANM-dan 1news.az-a verilən məlumata əsasən, seminarın 3 sessiyasında standartlarla bağlı təqdim edilən məruzələr müəssisə və təşkilatların istehsalat proseslərinin avtomatlaşdırılması, metrologiya, təhlükəsizlik texnikası, əmək və ətraf mühitin mühafizəsi, standartlaşdırma və bu sahələrdə layihələndirmə və tədqiqat işlərini həyata keçirən müxtəlif kateqoriyadan olan mütəxəssislər üçün nəzərdə tutulub.

Seminarın açılış mərasimində BANM-in rektoru Elmar Qasımov “Schneider Electric” şirkətinin nümayəndələrinə, SOCAR-ın struktur bölmələrinin və istehsalat müəssisələrinin əməkdaşlarına Ali Məktəbin inkişaf tarixi, əldə etdiyi nailiyyətlər və perspektiv planları haqqında məlumat verib. Rektor müasir şəraitdə istehsalat müəssisələrində texnoloji proseslərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini, bu istiqamətdə tətbiq olunan standartların daim mükəmməlləşdirildiyini  qeyd edib. Məhz bu səbəbdən BANM-in strukturunda fəaliyyət göstərən Ömürboyu təhsil fakültəsinin iş planında təhlükəsizlik standartları üzrə müasir biliklərin yayılmasına xüsusi önəm verildiyini deyən rektor, seminarın iştirakçılarına və “Schneider Electric” şirkətinin ekspertlərinə uğurlar arzulayıb.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov təhlükəsizlik məsələlərinin olduqca vacib olduğunu qeyd edib və seminarın işində uğurlar arzulayıb. Daha sonra çıxış edən “Schneider Electric” şirkətinin marketinq üzrə direktoru Stiv Elliot Ali Məktəbin rəhbərliyinə seminarın təşkili üçün minnətdarlığını bildirib.

Seminarın ilk iclasında SOCAR-ın struktur bölmələrinin, istehsalat müəssisələrinin, o cümlədən “Azərikimya” İstehsalat Birliyinin, “SOCAR-POLYMER” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, Heydər Əliyev adına Neft Emalı Zavodunun və Karbamid Zavodunun rəhbər və mühəndis-texniki işçiləri üçün “Proseslərin təhlükəsizliyinə rəhbərlik” və “Texnoloji proseslərin idarə edilməsi” sessiyalarının proqramları çərçivəsində Schneider Electric” şirkətinin ABŞ-dan dəvət olunmuş eksperti – Təhlükəsizlik xidmətləri təcrübəsi üzrə mütəxəssis, Dr. Farşad Hendi tərəfindən müasir standartlar üzrə mühazirələr təqdim olunub və müzakirələr aparılıb.

Tədbirdə sözügedən strukturların 50-yə yaxın əməkdaşı iştirak edib. İştirakçıların diqqəti istehsalat şəraitində liderlik fəaliyyəti üzrə: risklərin qiymətləndirilməsi və idarə olunması, liderlik, məqsədyönlülük, məsuliyyət, qanunvericilik və sənaye standartlarına riayət, işçi seçimi, səriştə və sağlamlıq, işçi qüvvəsinin cəlb olunması, tərəfdaşlarla əlaqələr; texnoloji proseslərin idarə edilməsi üzrə: təhlükənin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi, sənədləşdirmə, qeydiyyat və biliklərin idarə olunması, istismarla bağlı təlim və proseduralar, proses və istismar vəziyyətinə nəzarət, proseslərin bir-birinə səmərəli ötürülməsi, funksional əlaqələrin idarə olunması, norma və standartlar, dəyişikliklərin və layihələrin idarə olunması, audit, təminat, yoxlama və operativ tədbirlərlə bağlı məsələlərə yönəldilib.

İyunun 29-da seminarın 2-ci sessiyası “İstismar və texniki xidmət” mövzusuna həsr olunub. Burada istismara hazırlıq, fövqəladə vəziyyətlərə hazırlıq, yoxlama və texniki xidmət, mühüm təhlükəsizlik avadanlıqlarına nəzarət, icraya nəzarət, iş icazəsi, ayrı-ayrı fəaliyyət növləri üzrə risklərin idarə edilməsi, podratçı və təchizatçı, seçim və idarəetmə, hadisələr barədə məlumatvermə və araşdırma, istismar və texniki xidmət məsələləri diqqət mərkəzində olub.

İyunun 30-da keçirilən seminarın 3-cü sessiyası isə funksional təhlükəsizlik məsələlərinə həsr olunub. Bu sessiyada mütəxəssislərlə birlikdə BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələri  də iştirak edib. Bu sessiya istismar və texniki xidmətlə bağlı bacarıqların idarə edilməsi, funksional təhlükəsizlik, təlimləri, tətbiq edilən beynəlxalq standartlar, funksional təhlükəsizliyin layihələndirilməsi, həyata keçirilməsi və idarə edilməsi məsələlərini gündəmə gətirib.

Qeyd edək ki, BANM-in Ömürboyu təhsil fakültəsinin perspektiv planında istehsalatda təhlükəsizlik standartları üzrə belə tədbirlərin mütəmadi olaraq təşkili nəzərdə tutulub.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.