Tacikistanda yaxın qohumlar arasında nikah qadağan edilib
01 iyul, 2016 11:11
Tacikistanda yaxın qohumlar arasında nikaha girməyə qadağa qoyulması ilə bağlı qanun qüvvəyə minib.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması” qanununa qəbul edilən düzəlişə əsasən 1-ci dərəcəli qohum evlilikləri bundan sonra qadağan edilir. Bununla yanaşı, nikaha girməzdən öncə gənclər pulsuz tibbi müayinədən keçəcəklər.
Bundan başqa, VVAQ orqanları isə tibbi arayış olmadan nikah mərasimini təşkil edə bilməyəcəklər.
КП