“Coldplay” Berlindəki konsertini Türk bayrağının müşayiəti ilə keçirib
01 iyul, 2016 10:10
Dünən Almaniyanın paytaxtında Britaniyanın məşhur “Coldplay” musiqi qrupunun konserti olub.
1news.az-ın sozcu.com-a istinadla verdiyi xəbərə görə, Berlindəki konsert zamanı qrupun solisti Kris Martin qrup üzvlərini tək-tək təqdim etdikdən sonra “Everglow” mahnısını ifa edib.
Eləcə də, qrup bu mahnını Türk xalqına ərmağan etdiyini də bildirib.
Həmçinin “Coldplay” Türkiyə bayrağını musiqi alətinin üzərinə sərərək konserti davam etdirib.
Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının beynəlxalq xətlər terminalında baş verən terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
1news.az