Müdafiə naziri cəbhə bölgəsindəki hərbi hissələrdə aparılan tikinti işlərinin gedişatını yoxlayıb
01 iyul, 2016 18:09
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.
1news.az-ın məlumatına görə, cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov tikilməkdə olan hərbi şəhərciklərə baş çəkərək inşaat işlərinin keyfiyyətli ilə maraqlanıb.
Müdafiə naziri inşa edilən qərargahlar, yataqxanalar, döyüş texnikası üçün saxlanclar, sıra meydanları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti, inzibati bina və qurğularda, eləcə də hamam-camaşırxana-qazanxana komplekslərində gedən tikinti işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.
1news.az