1-2 iyul tarixlərinə Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq - FOTO
01 iyul, 2016 18:33
Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş vermişdir.
“Azərsu” ASC-dən 1news.az-a verilən məlumata əsasən, bununla əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranmışdır. Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq 01-02 iyul 2016-cı il tarixlərində Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az