Dünya avtomobillərinin yarısı 3 ölkədə satılır
30 iyun, 2016 19:11
2015-ci ilin avtomobil satışlarının nəticələri açıqlanıb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, ötən il 90 milyona yaxın avtomobil satılıb.
Bu avtomobillərin yarısından çoxu (53,1%) Çin, ABŞ və Yaponiya bazarlarının payına düşür.
Çinin payına 24,5 milyon, ABŞ-ın – 24,5 milyon, Yaponiyanın payına isə təxminən 5 milyon avtomobil düşür.
1news.az