Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uçuş həyata keçirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Atatürk Hava Limanına eniş edib.
1news.az-a “Azərbaycan Hava Yollar” (AZAL) mətbuat xidmətindən verilən xəbərə görə, “J2 8075” saylı reyslə hərəkət edən təyyarə Bakı vaxtı ilə 11:50-də Atatürk Hava Limanına çatıb və Bakı vaxtı ilə saat 13:20-də geriyə dönəcək.
“Türk Hava Yolları”na məxsus təyyarələr isə bu gün Bakı vaxtı ilə 15:00 və 22:05-də Bakıdan İstanbula yola düşəcək. Artıq xarici uçuşlar həyata keçirən 38 təyyarə Atatürk Hava Limanına eniş edib. Hazırda aeroport adi rejimdə fəaliyyət göstərir və gərginlik aradan qaldırılıb.
Qeyd edək ki, Atatürk Hava Limanının terminalında törədilmiş terror aktı nəticəsində səhər 08:00-dək bütün reyslər təxirə salınmışdı.
Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.
Mövzu ilə əlaqədar oxuyun:
Bakı və İstanbul arasında hava əlaqəsi bərpa edilib
İstanbuldakı terrorla bağlı Azərbaycanın Baş Konsulluğunda qaynar xətt yaradılıb
İstanbulda həyata keçirilən teraktın qurbanlarının sayı artıb – FOTO - VİDEO - YENİLƏNİB
1news.az