“İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişini və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşları yoxdur”.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi Atatürk aeroprtunun bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb:
“Terror hadisəsi baş verənədək bizim sərnişinlərin qeydiyyatı başa çatıb və onlar AZAL-ın heyəti ilə birgə gözləmə zalında olublar. Buna görə də hadisə zonasında olmadıqları üçün sərnişinlərimiz arasında zərərçəkən olmayıb. Onlar hazırda da gözləmə zalındadırlar”.
Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 6-sı ağır olmaqla yaralananların sayı 60 nəfərə çatıb.
İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.
Mövzu ilə əlaqədar oxuyun:
İstanbuldakı terrorla bağlı Azərbaycanın Baş Konsulluğunda qaynar xətt yaradılıb
1news.az