Barak Obama İstanbulda baş verən partlayışla bağlı məlumatlandırılıb
29 iyun, 2016 02:01
ABŞ prezidenti Barak Obamanın İstanbulun Atatürk Hava Limanında baş verən partlayışla bağlı məlumatlandırıldığı bildirilir.
1news.az-ın TRT Haber-ə istinadla verdiyi xəbərə görə, ABŞ prezidentinə partlayışla bağlı məlumat Daxili təhlükəsizlik və terrorla mübarizə müşaviri Liza Monaco tərəfindən verilib.
Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 6-sı ağır olmaqla yaralananların sayı 60 nəfərə çatıb.
İlkin ehtimala görə, hadisəni PKK terror qruplaşması həyata keçirib.
Mövzu ilə əlaqədar oxuyun:
1news.az