Bu gün Ramazan ayının iyirmi ikinci günüdür.
1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinin yaydığı Ramazan təqviminə əsasən bü gün iftar vaxtı 20:32-yə təyin olunub.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, sənin üçün oruc tutdum, sənin verdiyin ruzi ilə iftarımı açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
İyirmi ikinci günün duası:
“Allahumməftəh li fihi əbvabə fəzlikə və ənzil ələyyə fihi bərəkatikə və vəffiqni fihi limucibati mərzatikə və əskinni fihi buhbuhati cənnatikə ya mucibə də’vətil-muztərrin!”
Tərcüməsi:
“Allahım bu ayda fəzl və lütf qapılarını mənim üzümə aç, bərəkətini mənə nazil et, razılığına səbəb olan şeyləri əldə etməyimə kömək ol, məni cənnətlərində yerləşdir ey sıхıntıda olanların duasını qəbul edən!”
Qeyd edək ki, sabah, Ramazan ayının 23-cü günü üçün imsaq 03:11, iftar vaxtı isə 20:32-yə təyin edilib.
Həmçinin bu gecə 28 iyun şam azanından sonra (gün batdıqdan sonra) Ramazan ayının ehtimal olunan üçüncü “Qədr” gecəsi daxil olur.
Allah tutduğunuz orucları qəbul etsin!
1news.az