İyulun 8-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bərdə şəhərində vətəndaşları qəbul edəcək.
1news.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, qəbulda Bərdə rayonu ilə yanaşı, Ağcabədi, Ağdam və Tərtər rayonlarının da sakinləri iştirak edə bilərlər.
Qəbul saat 11.00-da Bərdə şəhəri, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında (Heydər Əliyev prospekti) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlardan Komissiyanın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Ağcabədi regional bölməsinə (ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 1) müraciət etmələri (əlaqə telefonu: (021) 275-55-94) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Bərdə, Ağdam və Tərtər rayonlarının təhsil şöbələrinə də iyunun 28-dən iyulun 7-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10.00-dan 17.00-dək müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
1news.az