Londonun valisi: “Paytaxt üçün daha çox muxtariyyat!”
28 iyun, 2016 19:46
İyunun 28-də Londonun valisi Sadiq Xan Böyük Britaniyada keçirilən referendumla bağlı yaranan iqtisadi qeyri-müəyyənliyi fəsadsız ötüşdürmək üçün şəhərə daha çox muxtariyyat verilməsinə çağırıb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, S.Xan bu çağırışı bütün londonluların adından edib.
“Mən elə indi Londona daha çox muxtariyyat verilməsini tələb edirəm. Şəhərin iqtisadiyyatını qeyri-müəyyənlikdən qorumaq üçün, bütün dünyadan gələn biznesin qorunması üçün və bizim iş yerlərimizin, var-dövlətimizin və çiçəklənməmizin qorunması üçün daha çox muxtariyyat”, - deyə o çağırış edib.
1news.az