26 - 27 iyun tarixlərində uşaqlar üçün cizgi filmləri və kitab festivalı təşkil edilmişdir.
1news.az-ın məlumatına görə, tədbir “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “ABŞ-da Təhsil Almış Məzunlar” ictimai birliyinin və “Level Up School of Professional Studies and Business” Təhsil Şirkətinin təşkilati dəstəyi ilə baş tutub.
Qeyd edək ki, “Bakcell” və “Hesab.az” şirkətlərinin də yaxından dəstək verdiyi layihənin məqsədi uşaqlar və onların valideynləri arasında milli cizgi qəhrəmanlarını və oxu mədəniyyətini təbliğ etməklə onların intellektual, sosial və mədəni inkişafına dəstək olmaq, eyni zamanda, bu layihə vasitəsi ilə uşaqlar və valideynlər arasında korporativ sosial məsuliyyət daşıyan biznes qurumları haqqında məlumatlılıq səviyyəsini artırmaqdır.
Festivalda 6-16 yaş həddində olan 100-dən artıq Azərbaycanlı uşaqlar və onların valideynləri iştirak edib.
Festivalda fəal iştirakı ilə fərqlənən 10 nəfər uşaq seçilərək diplomlar və xüsusi hədiyyələr ilə təltif olunublar. Festivalda iştirak edən digər uşaqlara sertifikatlar təqdim edilib.
1news.az