Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri iyunun 23-də bir fermaya, 3 əkin sahəsinə, 7 partlayış yerinə baxış keçiriblər. Nəticədə dörd partlamamış hərbi sursat aşkar edilərək götürülüb.
1news.az-a ANAMA-dan verilən xəbərə görə, Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat – “9M22U” qrad raketinin mühərrik hissəsi, Füzuli rayonunun Horadiz kəndində 82 millimetrlik iki minaatan mərmi aşkar olunaraq götürülüb. Qazax rayonunun Quşçu Ayrım kəndində aşkarlanan 125 millimetrlik 1 tank mərmisi agentliyin mütəxəssisləri tərəfindən götürülərək zərərsizləşdirilib. Gün ərzində 12 min 290 kvadratmetr ərazi minalardan təmizlənib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 25 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış olub. Nəticədə 1548 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 POMZ-2 və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı