Devid Kemeron referendumdan sonra istefa verdi
24 iyun, 2016 11:52
Böyük Britaniyanın baş naziri Devid Kemeron istefaya getdiyini bəyan edib.
1news.az-ın Daily Mail-ə istinadən verdiyi məlumata əsasən, D.Kemeron bu qərarı ölkəsində Avropa İttifaqında üzvlüklə bağlı keçirilən referendumdan sonra verib.
Referendumdan öncə Böyük Britaniyanın Avropa İttifaqında qalması tərəfdarı olan D.Kemeron yayın sonunadək tutduğu vəzifəsini tərk edəcəyi barədə söz vermişdi.
Referendumun nəticələri bəlli olandan sonra, Kemeron krallığa yeni baş nazirin lazım olduğunu bəyan edib.
Watch: David Cameron resigns as Prime Minister after #EURef loss https://t.co/5tG5XUHlzq
— Sky News (@SkyNews) 24 июня 2016 г.
1news.az