Xəbərlər

Dövlət Sosial Təminat Xidməti ləğv edilib
24 iyun, 2016 22:55

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirilsin.

2. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə verilməsini bir ay müddətində həll etsin.

4. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908; 2016, № 3, maddə 437, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli 898 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.3-cü bənd və 6-cı hissə ləğv edilsin;

4.2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:

“7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının işçilərinin say həddi 289 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti aparatının işçilərinin say həddi 57 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölmələrinin işçilərinin say həddi 308 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti aparatının işçilərinin say həddi 56 ştat vahidi, rayon (şəhər) məşğulluq orqanlarının işçilərinin say həddi 852 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun aparatının işçilərinin say həddi 155 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının işçilərinin say həddi 4536 ştat vahidi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti aparatının işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.”.

5. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 4-cü hissə ləğv edilsin;

5.2. aşağıdakı məzmunda 4-2 hissə əlavə edilsin;

“4-2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu;”.

6. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bənddə, 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərdə “sosial müdafiəsi” sözlərindən sonra “, o cümlədən əmək pensiyaları və sosial sığorta” sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 3.1.28-1 - 3.1.28-6-cı yarımbəndlər əlavə edilsin:

“3.1.28-1. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinin hazırlanmasını və təsdiq olunmuş büdcənin icrasını təmin etmək;

3.1.28-2. məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirmək;

3.1.28-3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək;

3.1.28-4. əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin vaxtında maliyyələşdirilməsini təmin etmək;

3.1.28-5. dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsini təmin etmək;

3.1.28-6. işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanılmasını və mühafizəsini təmin etmək;”;

6.3. 3.1.29-cu yarımbənddə “sosial müavinətlərin” sözlərindən əvvəl “əmək pensiyalarının,” sözləri əlavə edilsin;

6.4. 3.1.36-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.36. sosial sığorta, əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və kompensasiyalar sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə təkliflər vermək;”;

6.5. 3.1.37-ci yarımbənddə “sosial müavinətlər” sözlərindən əvvəl “əmək pensiyaları,” sözləri əlavə edilsin;

6.6. aşağıdakı məzmunda 3.1.37-1-ci yarımbənd əlavə edilsin:

“3.1.37-1. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası haqqında hesabatın təqdim olunmasını təmin etmək;”;

6.7. 3.1.47-ci yarımbənd ləğv edilsin;

6.8. 4.1.3-cü yarımbənddə “əmək pensiyaları” sözlərindən əvvəl “sosial sığorta,” sözləri əlavə edilsin;

6.9. aşağıdakı məzmunda 4.1.12-1 - 4.1.12-2-ci yarımbəndlər əlavə edilsin:

“4.1.12-1. məcburi dövlət sosial sığorta qaydalarına sığortaedənlər tərəfindən əməl olunmasına nəzarət etmək;

 

4.1.12-2. işəgötürənlərin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünün yoxlanılmasını və fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslər barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət tədbirlərinin tətbiqini təmin etmək;”.

7. Həmin Fərmanla təsdiq edilmiş Əlavə V ləğv edilsin.

8. Bu Fərmanın 4.2-ci bəndinə əsasən cari ildə tələb olunan əlavə xərclər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti üzrə 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına maliyyələşdirilir.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

11. “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli 781 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 501; 2003, № 8, maddə 437; 2004, № 12, maddə 994; 2005, № 9, maddə 800; 2006, № 12, maddə 1046; 2007, № 2, maddə 97, № 4, maddə 325; 2008, № 2, maddə 51, № 3, maddə 187, № 11, maddə 970; 2009, № 12, maddə 983, 2011, № 2, maddə 85, № 3, maddə 181; 2012, № 12, maddə 1083) ləğv edilsin.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.