Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Axundov Muxtar Bəhrəm oğlu
Ərəbov Nazim Yaqub oğlu
Kazımov Soltan Ağaqulu oğlu
Novruzov Şamil Nəcəf oğlu.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bundan əlavə, Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Abdullayev Şaiq Bəhram oğlu
Behbudov Ağalar Mürşüd oğlu
Əliyev Azər Əhməd oğlu
Fərəcli Cəlal Həsənağa oğlu
Xamoyev İsaməddin İslam oğlu
İsmayılov Elvin Fərman oğlu
Qurbanov Fuad Hacı oğlu
Məmmədov Adil Əhməd oğlu
Mirqulamov Rəfail Mirdadaş oğlu
Mirzəyev Seymur Əmirxan oğlu
Panəliyev Rza Talıb oğlu
Rəfiyev Azər Kamil oğlu
Rəsulov Nazim Nadir oğlu
Sadıqov İlyas Əlixan oğlu
Şahbazi Samir Faiq oğlu.
1news.az