Britaniyalılar Avropa İttifaqından çıxmağa səs verdilər
24 iyun, 2016 09:24
Dünən Böyük Britaniyada tarixi referendum keçirildi.
1news.az-ın BBC-yə istinadən verdiyi məlumata əsasən, referendumda ölkənin əhalisi Böyük Britaniyanın Avropa İttifaqında qalması və ya qurumdan çıxması ilə əlaqədar səs veriblər.
Səsvermədə Dumanlı Albionun sakinlərinin 52%-i, həmçinin Uels və İngiltərənin böyük hissəsi Avropa İttifaqını tərk etməyin lehinə səs veriblər.
48% - əsasən London və Şotlandiya sakinləri isə qurumda qalmağın tərəfdarı olublar.
Bu nəticədən sonra ingilis funt-sterlinqinin məzənnəsi ABŞ dolları ilə müqayisədə azalaraq 1985-ci ildə olan həddə çatıb.
1news.az