Bu gün Ramazan ayının on səkkizinci günüdür.
1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinin yaydığı Ramazan təqviminə əsasən bü gün iftar vaxtı 20:31-ə təyin olunub.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, sənin üçün oruc tutdum, sənin verdiyin ruzi ilə iftarımı açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
On səkizinci günün duası:
“Allahummə nəbbihni fihi libərakati əsharih, və nəvvir fihi qəlbi biziyai ənvarih və хuz bikulli ə’zai ilət-tibai asarih binurikə ya munəvvirə qulubil-arifin!”
Tərcüməsi:
“Allahım məni bu ayda onun səhərlərinin bərəkətindən agah et, qəlbimi onun nurlarının işığı ilə nurlandır, bütün bədən üzvlərimi onun izlərinə tabe olmağa yönəlt nuruna хatir ey ariflərin qəlblərini nurlandıran!”
Qeyd edək ki, sabah, Ramazan ayının 19-cu günü üçün imsaq 03:09, iftar vaxtı isə 20:32-yə təyin edilib.
Həmçinin bu gecə 24 iyun şam azanından sonra (gün batdıqdan sonra) Ramazan ayının ehtimal olunan birinci “Qədr” gecəsi daxil olur.
Allah tutduğunuz orucları qəbul etsin!
1news.az