Merkel Brexit-lə bağlı təcili iclas toplayır
24 iyun, 2016 16:25
Almaniyanın kansleri Anqela Merkel iyunun 24 Brexit-lə bağlı nazirlərin, partiya ittifaqından olan həmkarlarının və parlament fraksiyalarının rəhbərlərinin iştirakı ilə təcili iclas keçirməyi planlaşdırır.
1news.az-ın Reuters-ə istinadən verdiyi məlumata əsasən, hökümətin rəsmi nümayəndəsi Şteffen Zaybertin sözlərinə görə, Merkel artıq hamını iclasa dəvət edib.
Onun sözlərinə görə, iclasda müxtəlif nazirlər iştirak edəcək və onun nəticəsi olaraq mətbuata bəyanat veriləcək.
Xatırladaq ki, dünən Böyük Britaniyada səsverənlərin 52% ölkənin Avropa İttifaqından çıxması lehinə səs verib.
1news.az