Xəbərlər

“Formula-1”-dən sonra: Niyazi və Əziz Əliyev küçələrinə səki daşları qaytarılacaqmı?
24 iyun, 2016 16:14

“Formula-1” üzrə Bakıda keçirilən Avropa Qran-prisinin promouteri olan Baku City Circuit (BCC) şirkəti yarışların keçirilməsi ilə əlaqədar Niyazi və Əziz Əliyev küçələrində (Filarmoniya binasının yanı və “Qoşa Qala” qapısının kənarı) səki daşlarının üzərinə örtülən asfaltla bağlı məsələyə aydınlıq gətirib.

BCC əməliyyat şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin 1news.az-a verdiyi məlumata əsasən, müvafiq qurumlar tərəfindən Niyazi küçəsində (Filarmoniya binasının yanı, Azneft dairəsindən yuxarı) səki daşlarının üzərindən asfalt qatının götürülməsi barədə qərar qəbul edilib.

“Səki daşları ilə örtülümüş küçəyə əvvəlki görünüşü qaytarmaq barədə qərar verilib. Biz öncədən asfalt qatını rahatlıqla götürmək üçün lazımı işlər görmüşük – səki daşlarının üzü quçla örtülmüş idi. Buna görə də, səki daşları ilə örtülmüş küçə olduğu kimi qalıb.

Əziz Əliyev küçəsinə gəldikdə isə, bu haqda hələ yekun qərar qəbul edilməyib. Biz bunu gözləyirik”, - deyə N.Arpadarai əlavə edib.

Qeyd edək ki, Avropa Qran-prisi Bakıda 5 il ərzində keçiriləcək.

Bu müddət bitdikdən sonra Azərbaycan tərəfi yarışların keçirilməsi barədə müqaviləni uzada və ya ona xitam verə bilər.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.