Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 25-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 25-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, yaxın 2 gündə Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1news.az