Göldə batan Masallı sakininin cəsədi sudan çıxarılıb
23 iyun, 2016 09:41
Dünən Masallı rayonunda göldə batan şəxsin cəsədi tapılaraq sudan çıxarılıb.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Halar Nazirliyindən məlumat veriblər.
Məlumata görə, 22 iyun tarixində Masallı rayonu, Kosagül kəndində süni göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 50-60 km aralı, nəzarətsiz ərazidə) batmış 1957-ci il təvəllüdlü, Abışov Etibar Abbas oğlunun cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 80 metr aralıda) tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1news.az