Asif Hacıyev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib
23 iyun, 2016 19:21
Prezident İlham Əliyev A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Asif Abbas oğlu Hacıyev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilsin”.
1news.az