Prezident İlham Əliyev C.M.Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilsin”.
Dövlət başçısının digər sərəncamı ilə C.Cəfərov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilib.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilsin”.
1news.az