Dövlət Gömrük Komitəsinin sədri Gədəbəy şəhərində vətəndaşları qəbul edib
23 iyun, 2016 16:40
İyunun 23-də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında vətəndaşları qəbu ledib.
1news.az-ın məlumatına görə, qəbulda bölgədə yerləşən - Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri A.Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
1news.az