Abid Şərifov: "Bakıda FHN-in rəyi olmadan istismara verilən 100-ə yaxın bina var"
23 iyun, 2016 15:40
Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyi olmadan istismara verilən binaların sayında ciddi azalma müşahidə olunur.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata əsasən, bunu baş nazirin müavini Abid Şərifov deyib.
Baş nazirin müavini qeyd edib ki, təkcə Bakı şəhərində 6-7 ay bundan öncə bu cür binaların sayı 300-ə yaxın olub:
"Bu məsələ Nazirlər Kabinetində aidiyyatı qurumların nümayəndələri ilə keçirilən görüşdə müzakirə olundu və görülən tədbirlər nəticəsində hazırda bu cür binaların 100-ə enib. Bu istiqamətdə ciddi işlər aparılır. Bu sahədə problemlər var. Məsələn, bəzi binalar yarımçıq tikilib, bəzilərinin lifti yoxdur, digərlərində başqa çatışmazlıqlar var".
1news.az

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı