Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq
22 iyun, 2016 10:01
Bu gün Bakının bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
1news.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar 22 iyun 2016-cı il tarixində gün ərzində Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu ” ASC abonentlərdən üzr istəyir.
1news.az