Prezident Natiq Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verib
22 iyun, 2016 19:24
Prezident İlham Əliyev N.H.Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Natiq Həmdulla oğlu Əzizova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin”.
1news.az