Xəbərlər

Mərkəzi Bankın sədri Elman Rüstəmov UNEC-də - FOTO
20 iyun, 2016 21:17

İyunun 20-də Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

1news.az-a UNEC-in Marketinq və Kommunikasıya Departamentindən verilən xəbərə görə, rektor, professor Ədalət Muradov UNEC-də ölkə və dünya iqtisadiyyatında baş verən proseslərə dair müzakirələrin aparılmasının əhəmiyyətindən danışıb.

Mərkəzi Bank sədri, eyni zamanda universitetin fəxri məzunu Elman Rüsəmovla görüşün UNEC-in elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfəsini verəcəyini bildirib. Rektor bu məqəsdlə “Diskurs.az” iqtisadi forumunun və “UNEC Exspert” jurnalının təsis edildiyini qeyd edib. Bildirib ki, bu resurslar universitetin iqtisadçılarına iqtisadi proseslərə öz münasibətini bildirmək imkanlarını yaradır.

Ə.Muradov UNEC-in artan nüfuzundan danışıb: “Universitetimiz dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərində yer alır. “Webometrics” reytinqində UNEC ardıcıl olaraq, iki dəfə Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb. Bundan başqa, iyunun 14-də QS reytinqinin açıqlamasında UNEC Avropa və Mərkəzi Asiya regionunun ən yaxşı 200 universiteti arasında qərarlaşaraq, iqtisadyönümlü universitetlər arasında 4-cü yerə yüksəlib”

AMB sədri Elman Rüstəmov ölkənin aparıcı universitetlərindən olan UNEC-də iqtisadçı mütəxəssis və ekspertlərlə müzakirələr aparmağın əhəmiyyətini vurğulayıb. Bildirib ki, universitet iqtisadçılarının ölkə iqtisadiyyatında cərəyan edən hadisələrə münasibəti əhəmiyyətlidir.

AMB sədri “İqtisadi artım və makroiqtisadi siyasət” mövzusunda məruzə ilə çıxış edib. E.Rüstəmov son on ildə qazanılan makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, monetar siyasət, bankların kapitallaşması barədə ətraflı məlumat verib. Bildirib ki, regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlayıb. İqtisadiyyatda qeydə alınan müsbət dinamikanın qeyri-neft sektorunun inkişafı hesabına təmin edildiyini diqqətə çatdırıb. Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ən yüksək göstəricidir.

E.Rüstəmov bundan sonra da makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bankın hökumətlə birgə həyata keçirəcəyi kompleks tədbirlərdən danışıb: “Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək”.

Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.

E.Rüstəmov nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsinın Mərkəzi Bankın fəaliyyətinin mühüm hədəflərindən olduğunu da vurğulayıb: “Yeni çağırışlardan irəli gələn vəzifələrin icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq”.

Daha sonra E.Rüstəmov ölkədə makroiqtisadi stabilliyin qorunması istiqamətində Mərkəzi Bankın görəcəyi tədbirlər, dünyanın valyuta, eləcə də enerji bazarlarında baş verən proseslərə Mərkəzi Bankın münasibəti və dolların dəyişən məzənnəsi haqda UNEC iqtisadçılarının suallarını cavablandırıb.

Tədbir müzakirələrlə davam edib. UNEC iqtisadçıları makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi, xüsusilə neftdən kənar sahələrin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə öz təkliflərini veriblər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.