Xəbərlər

Dövlət Taxıl Fondu üçün buğda tədarükü elan edilib
20 iyun, 2016 20:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün buğda tədarükü elan edib.

1news.az xəbər verir ki, bu barədə FHN-dən məlumat veriblər.

Məlumata görə, Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen MMC”, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC,  “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur” Firması, “Xırman” Firması, “Rəşad” firması və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 21-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti 1 ton üçün 250 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib. Taxıl bazarının konyukturuna müvafiq olaraq qiymət dəyişə bilər.

Müvafiq keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (900 -dan 1800-a kimi) belədir:

- “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, Tel: 050-660-39-03,

- “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu,  Səngəçal qəsəbəsi, Bakı-Səlyan şosesinin 51-ci kilometrliyi, Tel: 050-218-30-06,

- “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi, Tel:  012-342-90-04; 050-352-50-01,

- “Dəvəçi-Dəyirman MMC”: Şabran şəhəri, Nizami küçəsi-1, Tel: 050-314-39-21,                                         

- “Karat-Holdinq”: Xirdalan şəhəri,  Samaxı şossesi-23,  Tel.: 050-222-38-36,

- “Karmen”  MMC: Abşeron rayonu, Yeni  Samaxı şossesi-23,  Tel.: 050-223-18-93,                         

- “Gəncə-Dəirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, Tel: 0-50-265-80-75,

- “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81,

- “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı pospekti 6, Tel: 0-50-200-11-87,   

- “Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, Tel: 0-50-220-30-27

- “EL” kiçik müəssisəsi: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, 012-346-08-08, 055-271-73-73,

- “Pak-Nur” firması: Xaçmaz şəhəri, Tel: 050-590-18-36,

- “Xırman” firması: Biləcəri qəsəbəsi, Tel: 077-270-97-20,

- “Rəşad” firması: Bərdə şəhəri, Tel: 050-215-99-00,

 - “Svinks” MMC: Xırdalan şəhəri, Tel: 050-630-65-92.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün tələb edilən sənədlər bunlardır:

- Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə  görə verilmiş uyğunluq sertifikatının surəti;

-  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatı.

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.