Xəbərlər

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
20 iyun, 2016 18:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 110-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, iyunun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 423 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 290 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 166 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 110 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyunun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Salyan məntəqəsində 11, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 340 sm (2015-ci il iyunun 20-də 303 sm), Salyanda 151 sm (2015-ci il iyunun 20-də 60 sm), Bankədə 179 sm (2015-ci il iyunun 20-də 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2015-ci il iyunun 20-də 25 sm) təşkil edir. 

1news.az

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.