Bu gün Ramazan ayının on dördüncü günüdür.
1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinin yaydığı Ramazan təqviminə əsasən bü gün iftar vaxtı 20:31-ə təyin olunub.
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, sənin üçün oruc tutdum, sənin verdiyin ruzi ilə iftarımı açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
On dördüncü günün duası:
“Allahummə la tuaхizni fihi bil-əsərat və əqilni fihi minəl-хətaya vəl-həfəvat və la təc’əlni fihi ğərəzən lilbəlaya vəl-afat biizzətikə ya izzəl-muslimin!”
Tərcüməsi:
“Allahım məni bu ayda хəta və büdrəmələrimə görə cəzalandırma, məni bu ayda səhv və günaha düşməkdən uzaq et, məni bəla və müsibətlərə hədəf etmə izzətinə хatir ey müsəlmanların izzəti!”
Qeyd edək ki, sabah, Ramazan ayının 15-ci günü üçün imsaq 03:08, iftar vaxtı isə 20:31-nə təyin edilib.
Allah tutduğunuz orucları qəbul etsin!
1news.az