Ağdaşda zəlzələ baş verib
20 iyun, 2016 00:05
İyunun 19-da yerli vaxtla saat 22:47-də Mingəçevir şəhərindən 32 kilometr şərqdə, Ağdaş rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 22 kilometr olub. Zəlzələ hiss edilməyib.