İndoneziya sahillərində, Molukka dənizində 5,2 bal gücündə zəlzələ baş verib.
1news.az-ın verdiyi xəbərə görə, zəlzələnin episentri Bitunq şəhərindən 118 kilometr cənub-şərqdə, Ternate adasından 140 kilometr qərbdə, 26 kilometr dərinlikdə yerləşib.
Bundan başqa İndoneziyanın Yava adasında leysan yağışlarının səbəb olduğu daşqın və torpaq sürüşməsi də baş verib. Nəticədə yüzlərlə ev su və palçıq altında qalıb. Azı 31 nəfər həlak olub, xeyli sayda insan itkin düşüb.
Sinxua Agentliyinin məlumatına görə, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Agentliyinin nümayəndəsi Sutopo Purvo Nuqroxu məlumat verib. O, onlarla evə ziyan dəydiyini, hazırda axtarış-xilasetmə işlərinin görüldüyünü bildirib.
1news.az