Məlum olduğu kimi, bu gün Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisinə yekun vurulacaq.
1news.az-ın məlumatına görə, əsas yarışdan öncə GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar. Belə ki, onlar “Formula 1”ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini ediblər.
GP2 seriyasının ikinci yarışı da italiyalı pilot Antonio Covinatsinin qələbəsi ilə başa çatıb.
Birinci yarışda olduğu kimi, bu dəfə də “Prema Racing” komandasının pilotu 1 dəqiqə 56,439 saniyə nəticə ilə qalib gəlib. Onun komanda yoldaşı Pyer Qasli ikinci olub.
Bir gün öncə ikinci olan Sergey Sirotkin isə bu dəfə üçüncülüklə kifayətlənib. ART komandasının üzvü 1:57,185 dəqiqəlik nəticə göstərib.
Qalibləri Bakı Şəhər Halqasının direktoru Arif Rəhimov və digər rəsmilər mükafatlandırıblar.
1news.az