Bakıda keçirilən GP2 seriyası üzrə yarışda 5 pilot qəzaya düşdü
19 iyun, 2016 15:28
Bu gün Bakıda GP2 seriyası üzrə keçirilən ikinci yürüşdə də qəza baş verib.
1news.az-ın məlumatına görə, 5 pilot - "Rapax" komandasından Qustav Malya, "Pertamina Campos Racing"in üzvü Şon Gelael, "Arden International"dan Cimmi Eriksson, "Trident" komandasının pilotu Filo Pas Armand və ART-ın üzvü Nobuxara Matsişuta qəza keçiriblər.
Nəticədə pilotların hamısı yarışı dayandırıblar.
Xatırladaq ki, dünən Bakı şəhər halqasında GP2 seriyası üzrə keçirilən birinci yarışda da qəza baş verib.
Yarışın ilk döngəsində baş verən qəza nəticəsində 6 pilotun bolidi toqquşub və nəticədə pilotlar mübarizədən kənarlaşmalı olublar.
Mövzu ilə bağlı: Bakı trasında ilk böyük qəza: 6 bolid toqquşdu – FOTO
1news.az