Məşhur müğənni Enrike İqlesias Bakıda konsert verib
19 iyun, 2016 13:30
Dünən dünya şöhrətli müğənni Enrike İqlesias Bakıdakı “Formula-1 Şəhərciyi”ndə konsert proqramı ilə çıxış edib.
1news.az-ın məlumatına görə, “Latın pop musiqisinin kralı” adlandırılan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirib. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı təsnifat yarışları başa çatdıqdan sonra Formula-1 azarkeşlərini əyləncə bayramına səsləyib.
Qeyd edək ki, bundan bir gün öncə digər məşhur müğənni Kris Braun da Bakı bulvarında konsert proqramı ilə çıxış edib. Bu gün isə Farrel Uilyams paytaxtımızın sakinlərinə unudulmaz anlar yaşadacaq.
1news.az