Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisində sıralama yarışı keçirilib.
1news.az-ın məlumatına görə, 11 komandadan 22 pilotun iştirak etdiyi və bir saat davam edən yürüşdə ən yaxşı göstəriciyə 1 dəqiqə 42,758 saniyə ilə “Mercedes”in pilotu Niko Rosberq imza atıb. Almaniyalı idmançı sabah yarışa ilk pillədə başlayacaq.
“Force İndia” komandasının pilotu Serxio Peres 1 dəqiqə 43,515 saniyəlik nəticə ilə ikinci, “Red Bull Racing” komandasından sürücüsü Daniel Rikkardo isə 1 dəqiqə 43,966 saniyəlik göstərici ilə üçüncü olub.
Əvvəl keçirilən hər üç test yürüşünün qalibi olmuş “Mercedes” komandasının digər pilotu Luis Hamilton qəza törətdiyindən yarışa 10-cu yerdə start götürəcək.
Beləliklə, iyunun 19-da Avropa Qran-prisində pilotların düzülüşü aşağıdakı qaydada olacaq:
1. 6 Niko Rosberq (“Mercedes”)
2. 11 Serxio Peres (“Force İndia”)
3. 3 Daniel Rikkiardo (“Red Bull Racing”)
4. 5 Sebastian Vettel (“Ferrari”)
5. 7 Kimi Raykkonen (“Ferrari”)
6. 19 Felipe Massa (“Williams”)
7. 26 Daniil Kvyat (“Red Bull Racing”)
8. 77 Valtteri Bottas (“Williams”)
9. 33 Maks Verstappen (“Toro Rosso”)
10. 44 Luis Hamilton (“Mercedes”)
11. 8 Romen Qrojan (“Haas”)
12. 27 Niko Hyulkenberq (“Force İndia”)
13. 55 Karlos Saynz (“Toro Rosso”)
14. 14 Fernando Alonso (“McLaren”)
15. 21 Estabean Qutyerres (“Haas”)
16. 12 Felipe Nasr (“Sauber”)
17. 88 Rio Haryanto (“Manor”)
18. 94 Paskal Verlyayn (“Manor”)
19. 22 Censon Batton (“McLaren”)
20. 9 Markus Eriksson (“Sauber”)
21. 20 Kevin Maqnussen (“Renault”)
22. 30 Jolion Palmer (“Renault”)
1news.az