“Formula-1”də növbəti qəza baş verib
18 iyun, 2016 18:15
Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisinin üçüncü test yürüşündə növbəti qəza baş verib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Force İndia” komandasının pilotu Serxio Peres qəzaya uğrayıb. Pilot bolidini 14-cü döngədə trekin ətrafındakı təhlükəsizlik hasarına vurub. Xoşbəxtlikdən S.Peres xəsarət almayıb.
Qeyd edək ki, dünən keçirilən birinci test yürüşündə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo idarəetməni itirərək bolidi divara çırpmışdı.
1news.az