Bakıda təşkil edilən “Formula-1” üzrə Avropa Qran-prisi davam edir.
1news.az-ın məlumatına görə, bu gün saat 13:00-da Formula-1 Avropa Qran-prisinin üçüncü test yürüşü başlayıb.
Yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda iştirak edir.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq, “Ferrari”də Sebastian Fettel ilə Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar.
“Red Bull Racing” komandasında Daniel Rikkardo və Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq ilə Serxio Peres, “Renualt”da isə Kevin Maqnussen və Colion Palmer mübarizə aparıblar.
Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sainz, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və Censon Batton birinci yürüşdə iştirak ediblər.
Pilotlar Paskal Verlyayn və Rio Haryanto “Manor”, Roman Qrojan və Esteban Qutyerres isə “Haas” komandalarının idman şərəfini qoruyublar.
Xatırladaq ki, pilotlar dünən iki yürüşdə trasla tanış olublar. Hər iki halda “Mercedes”in pilotu Luis Hamilton ən yaxşı göstəriciyə imza atıb.
Təsnifat (sıralama) yürüşünə isə bu gün saat 17:00-da start veriləcək.
1news.az