Bakı sakini dənizdə batdı
18 iyun, 2016 14:06
Dünən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.
1news.az-ın verdiyi xəbərə görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıb.
Axtarışlar nəticəsində dənizdə batmış 1959-cü il təvəllüdlü, Əliyev İntiqam Həbib oğlunun cəsədi (batdığı yerdən 1000 metr aralıda) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1news.az