Niko Hülkenberq: “Bakı trası çox qeyri-adi trasdır”
18 iyun, 2016 13:39
Bakı trası yetərincə mürəkkəb trasdır, bir çox döngələrdə pilotdan cəsarət tələb olunur.
1news.az-ın verdiyi xəbərə görə, bunu Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran-pri yarışının iştirakçılarından olan alman pilot Niko Hülkenberq deyib.
Bir çox nüfuzlu yarışların qalibi olmuş alman pilot Bakı trasının dar olmasını da diqqətə çatdırıb.
““Formula-1” maşınlarının sürəti nə qədər artıra biləcəyini nəzərə alsaq, tras həm də çox dardır. Həqiqətən heç də asan tras deyil. Enişdə 13, 14, 15-ci döngələr və hətta yoxuşda sürətli sol dönmə pilotdan cəsarət tələb edir. Çox qeyri-adi trasdır”- deyə, Hülkenberq qeyd edib.
1news.az