Ötən ay "E-hökumət" portalına müraciət edənlərin sayı məlum oldu
17 iyun, 2016 00:26
Ötən ay "Elektron hökumət" portalına müraciət edənlərin sayı məlum olub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən 1news.az-a verilən məlumata görə, hazırda portalda 42 sahə üzrə elektron xidmət vətəndaşlar üçün açıqdır.
Portalda real vaxt rejimində dəyişən sayğac vasitəsilə, elektron xidmətlərə müraciət sayını, daha çox istifadə edilən xidmətlərin statistikasını müəyyən etmək mümkündür.
"E-hökumət" portalında ən çox müraciət olunan sahələr
Statistikaya əsasən, may ayı ərzində vətəndaşlar portalda yer almış 42 sahə üzrə təqdim olunan 311 elektron xidmətə müraciət edib.
Beləliklə, ötən ay ümumilikdə müraciətlərin sayı 1,851,309 təşkil edib.
1news.az