“Formula-1”in ilk günündə qəza baş verib
17 iyun, 2016 21:11
“Red Bull” komandasının üzvü Daniel Rikkardo “Formula-1” üzrə Avropa Qran-prisinin birinci test yürüşündə qəza törədib.
1news.az-ın məlumatına görə, trekin 15-ci döngəsində pilot idarəetməni itirərək divara çırpılıb. Nəticədə onun bolidi yararsız hala düşüb. D.Rikkardonun özü isə xəsarət almayıb.
Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisi iyunun 19-da baş tutacaq.
1news.az